Karateçilərimiz ölkə çempionatlarında uğurla çıxış edib

Naxçıvan Karate-do Federasiyasının idmançıları Bakı şəhərində keçirilən karate yarışlarında iştirak ediblər. İdmançılarımızın ilk sınağı Azərbaycan Karate Federasiyaları Assosiasiyasının ənənəvi karate üzrə ölkə birinciliyi və çempionatı olub. Məhəmməd Bağırov 16-17 yaş, 68 kq), Nərgiz Həsənli (14-15 yaş, 54 kq), Nizami Orucov (10-11 yaş, 35 kq) kumite, Qafar Hüseynov (14-15 yaş, 57 kq) isə həm kumite, həm də kata növündə birinci olub. Adıçəkilənlər və digər idmançılarımızdan Xədicə Bayramova, Yaqub Qənbərov və Saleh Qənbərovun mükafatçılar sırasına düşməsi ilə Naxçıvan karateçiləri 5-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla, ümumilikdə 9 medal əldə ediblər.
Bu yarışdan bir gün sonra Azərbaycan Şotokan Karate-do Federasiyasının 31-ci Azərbaycan çempionatı və birinciliyi keçirilib. Təcrübəli karateçimiz Vüsal Seyidov (60 kq, kumite) gənclərin mübarizəsində qalib olub. Nizami Orucovla Qafar Hüseynov öz yaş qruplarında kata üzrə qızıl, kumite üzrə bürünc medal qazanıblar. Fatimə Bağırzadə (10-11 yaş, 27 kq) katada üçüncü, kumitedə isə ikinci olub. Nərgiz Həsənli və Xədicə Bayramova kumite üzrə bürünc medala layiq görülüblər.
Bu nəticələrlə karateçilərimiz ölkə çempionatı və birinciliklərini 8-i qızıl🥇, 2-si gümüş🥈, 8-i bürünc olmaqla, 18 medalla tamamlayıblar.
 
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti